Tümendə xəstələri Azərbaycan nefti ilə müalicə edəcəklər

Tümendə xəstələri Azərbaycan nefti ilə müalicə edəcəklər


Naftalan neftinin istifadəsi ilə ilk sağlamlaşdırma prosedurları Rusiyada ilk dəfə Tümenin Vilayət Kliniki Xəstəxanasının Reabilitasiya Mərkəzində aparılacaq. MegaTyumen.ru xəbər verir ki, xammal regiona Azərbaycandan tədarük olunur.

Mərkəzin müdiri Yuliya Nikolayeva TASS agentliyinə bildirib: "Mərkəzimizdə xüsusi neftin köməyi ilə 70-dən çox xəstəliyi müalicə edəcəyik. Yanmayan Naftalan neftinin istifadəsi ilə prosedur yalnız regionumuzdakı sanatoriyalarda aparılıb, indi isə bu müalicə üsulu xəstəxanamızda tətbiq olunacaq. Mərkəzdə stasionar müalicədə olan pasiyentlər üçün bu prosedur ödənişsiz olacaq".

Onun sözlərinə görə, tibb işçiləri Naftalan nefti ilə müalicədən applikasiya və ultrasəs tətbiq qismində istifadə edəcəklər:

"Pasiyentlərin müalicəsində təmizlənmiş Naftalan neftinin istifadəsi sümük-əzələ sistemi xəstəliklərindən, ağrı sindromundan xilas edir, bərpa və regenerasiya proseslərini sürətləndirir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...