İstanbulda böyük əməliyyat - 80 vəkil həbs edildi

İstanbulda böyük əməliyyat -


Bu gün səhər saatlarında İstanbulda növbəti dəfə FETÖ əməliyyatı həyata keçirilib.

BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu təşkilatın 80 vəkili haqda həbs qərarı verib.

İstanbul polisi Antalya, Ankara, Çanaqqala və Ədirnədə şübhəlilərə aid 77 yaşayış və iş yerinə etdiyi basqın zamanı haqlarında həbs qərarı olan 80 şübhəlidən 35-ni tutub. Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.

Prokurorluğun həbs olunması qərarı verdiyi şübhəlilərdən 4-ü hazırda həbsxanada məhbus, 18-i xaricdə, 6 nəfərin isə axtarıldıqları ünvanlarda olmadığı aydınlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...