Kiyevdə keçmiş deputat güllələndi, Poroşenko Rusiyanı ittiham etdi

Kiyevdə keçmiş deputat güllələndi,


Bu gün Kiyevdə atışma zamanı Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkov ölüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kiyev Şəhər Baş Polis İdarəsinin rəisi Andrey Krişenok deyib. “Premier Palace” oteli yaxınlığında atışma zamanı iki nəfər yaralanıb, D. Voronenkov isə ölüb.

Ukrayna prezidenti Pyotr Poroşenko isə Denis Voronenkovun qətlində Rusiyanı ittiham edib. Güc strukturlarının rəhbərləri ilə görüşündə o, hadisəni "Rusiya tərəfindən törədilən dövlət terrorizmi aktı” adlandırıb.
"Rusiya xüsusi xidmət orqanlarının məlum dəst-xəttidir, hansı ki, əvvəllər müxtəlif Avropa şəhərlərində dəfələrlə rast gəlinib".

Xatırladaq ki, D.Voronenkov Kommunist Partiyasından Dumaya deputat seçilmişdi. O keçən il Ukraynaya qaçmış, Rusiya isə onu beynəlxalq axtarışa vermişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
819 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...