Çeçenistanda Rusiya Milli Qvardiyasının 6 hərbçisi öldürülüb

Çeçenistanda Rusiya Milli Qvardiyasının 6 hərbçisi öldürülüb
Martın 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, haduisə yerli vaxtla saat 02:00-03:00 arasında baş verib.

Səkkiz nəfər silahlı hərbi hissəyə daxil olmağa cəhd göstərib. Baş verən döyüş zamanı onlardan 6-sı öldürülüb. İkisi isə gizlənməyə nail olub.

Rusiya Milli Antiterror Mərkəzindən bildirilib ki, hərbçilər arasında ölənlər və yaralananlar var. Ölən hərbi qulluqçuların sayının 6 nəfər olduğu açıqlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...