Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub

Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub


Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, vitse-konsul Kriştof Savitski bu məlumatı təsdiqləyib. Hadisə gecə saatlarında Lutsk şəhərində baş verib. Hazırda baş konsulluğun ərazisi polis əməkdaşları tərəfindən mühafizə olunur.
Ukrayna xarici işlər naziri Pavel Klimkin baş konsulluğun binasının atəşə tutulmasını təxribat adlandırıb: “Lutskda Polşanın baş konsulluğuna qarşı təxribatdan hiddətlənirəm. Bu, Polşa ilə dostluğumuza qarşı olanların alçaq hərəkətidir. Günahkarların cəzalandırılması üçün əlimizdən gələni edirik”.

Polşa XİN hadisə ilə bağlı Ukrayna səfiri Andrey Deşitsanı nazirliyə çağırıb. Qeyd edək ki, bir müddət öncə Ukraynada Polşaya qarşı vandalizm aktları olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
692 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...