Türkiyə məşhur terrorçunu tutdu - FOTO

Türkiyə məşhur terrorçunu tutdu -

İŞİD-in terror törətmək üçün təlimatlandırıb, Avropaya göndərmək istədiyi Safvan Qahvatı təşkil edilən əməliyyat zamanı həyat yoldaşı ilə birlikdə Adanada tutulub.

Gundeminfo.az yazır ki, Suriya vətəndaşı olan terrorçunun Türk Silahlı Qüvvələrinin İŞİD-ə qarşı təşkil etdiyi "Fırat Qalxanı" hərəkatından sonra Avropaya qaçmağa hazırlaşdığı təsbit edilib.

Onun həyat yoldaşı ilə birlikdə İstanbula, oradan da Avropaya qaçacağı ortaya çıxıb. Safwan Qahvatı ilə yoldaşının mindiyi avtobus Tarsus-Adana-Qaziantep (TAG) yolunda dayandırılıb.

Həyat yoldaşı nəzarətə alınaraq Adana Təhlükəsizlik İdarəsinə aparılaraq təxminən 14 günlük dindirilmə sonrası sərbəst buraxılıb. Safvan Qahvatının üzərindən çıxan yaddaş kartı və hard-disklər araşdırılmağa başlanılıb.

Şübhəlinin üzərindən çıxan rəqəmsal məlumatlar sayəsində onun İŞİD-in ən tanınmış idarəçilərindən olduğu məlum olub. Yüksək nüfuza malik İŞİD-çilərin möhür olaraq istifadə etdiyi üzüyü daşıyan Qahvatı günlərlə davam edən dindirilmənin ardından prokurorluğa təhvil verilib. Onun haqda həbs qətimkan tədbiri seçilib.

Şübhəlinin əşyaları arasında ələ keçirilən rəqəmsal məlumatları araşdıran kibermütəxəssislər İŞİD terror təşkilatının qanlı üzünü bir daha ortaya çıxarıb. Safvan Qahvatının maska ​​taxıb bir şəxsin boğazına bıçaq söykəmiş halda çəkdirdiyi fotosu ələ keçirilib. Dünyanın ən zəngin terror təşkilatı olaraq tanınan İŞİD-in təbliğat məqsədilə rəhbərlərinə payladığı pullarla fotolar çəkdirib paylaşdığı şəkilləri ələ keçirilib./milli.az/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...