Lukaşenko: “Belarus-Rusiya ittifaqı kövrəkdir”

Lukaşenko: “Belarus-Rusiya ittifaqı kövrəkdir”


Rusiya və Belarus İttifaq dövlətinin uğurları çox kövrəkdir.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı Belarus Prezidenti Aleksandr Lukaşenko yayıb.

“Berlarus və Rusiya xarici siyasət, təhlükəsizlik sferasında qarşılıqlı fəaliyyət göstərirlər. İttifaq dövləti Belarus və Rusiya xalqlarının sosial zəmanətini və hüquq bərabərliyini təmin edir. Lakin buna rəğmən, İttifaq dövlətin əldə etdiyi uğurlar kövrəkdir”, – deyə o bildirib.

Qeyd edək ki, son zamanlar Rusiya-Belarus münasibətləri pisləşib. Moskva Belarusun ona 700 milyon dollar qaz borcunun olduğunu bəyan etsə də, Minsk bu iddiaların hamısını rədd edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...