Peterburq metrosunda baş verənlər terrordur - PROKURORLUQ

Peterburq metrosunda baş verənlər terrordur  -


"Sankt-Peterburq metrosunda baş vermiş partlayış terror aktıdır".

APA-nın məlumatına görə, bunu “Rossiya 24” telekanalının efirində Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib.


Təhlükəsizlik sisteminin işinin yoxlanılıb-yoxlanılmayacağına gəldikdə isə A. Kurennoy bildirib ki, məsələ ilə bağlı istintaq orqanlarının əməkdaşları məşğul olacaqlar.

Rusiya İstintaq Komitəsinin saytında yer alan məlumatda isə deyilir ki, Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb.

Qeyd edək ki, Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 50 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...