Azərbaycan şəhəri haqda həyasız açıqlama

Azərbaycan şəhəri haqda həyasız açıqlama


İraq Kürd Muxtar Vilayətinin bayrağı Kərkükdəki rəsmi təşkilatların binalarından endirilməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtar Vilayətinin heyətində yer alan Kürdüstan Vətənpərvərləri Birliyi Siyasi Bürosunun üzvü Adnan Müfti deyib.

“Yalnız Kərkük Məclisi bayraqların endirilməsi haqda qərar verə bilər. Yaranmış problem bizi də çox narahat edir. Buna görə də danışıqlar aparıb suallara cavab tapmalıyıq. Bizim üçün Kürdüstan xalqının mənafeyi hər şeydən vacibdir”, - Müfti bildirib.

Xatırladaq ki, bir müddət əvvəl İraq Kürd Muxtar Vilayətinin bayrağı Kərkükdəki rəsmi təşkilat binalarından asılıb. Daha sonra Kərkük Məclisi şəhərin İraq Kürd Muxtar Vilayətinin tərkibinə daxil edilməsi haqda səsvermə keçirilməsinə qərar verib. Hər iki qərar Kərkükdəki türkmanlar tərəfindən etirazla qarşılanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...