“Evrovision” Ukraynadan alına bilər - rəsmi açıqlama
Rusiya-Ukrayna arasındakı “Evrovision” qalmaqalı səngimir
“Ukrayna son anda ”Evrovizion"a ev sahibliyi etməkdən məhrum oluna bilər. Buna real imkan var və bu halda “Evrovision-2017" yarışmasına Almaniya ev sahibliyi edəcək”.
Musavat.com Rusiya mətbuatına istinadən bildirir ki, bu sözləri Avropa Yayım Birliyinin baş direktoru İnqrid Deltenre öz açıqlamasında bildirib. Beləliklə, baş direktor Rusiya təmsilçisi Yuliya Samoylovanın Kiyevdə keçiriləcək yarışmaya buraxılmaması məsələsində açıq şəkildə Rusiyanın tərəfində olduğunu nümayiş etdirib.
İnqrid Deltenre qeyd edib: “Ümid edirik ki, Kiyev ”Evrovision" qaydalarına əməl edəcək və bu qərarı dəyişəcək. Çünki bu, qayda pozuntusudur. İlk növbədə Samoylova Krımda olanda “Eurovision” təmsilçisi olmayıb. İkinci bir tərəfdən, Ukrayna ona müsabiqədən sonra da qadağa qoya bilər".
İnqrid Deltenre onu da qeyd edib ki, Samoylova yarışda iştirak etməsə, Ukrayna öz nüfuzuna xələl gətirmiş olacaq. Direktor həmçinin qeyd edib ki, Ukraynanın məlum qərarı dəyişmək üçün iki ay vaxtı var, əks halda, ev sahibliyini itirə bilər. Bu halda ev sahibliyi Almaniyaya veriləcək: “Artıq bununla bağlı Almaniya ilə danışıqlar aparmışıq”. Bu halda yarışmanın qanunlarına görə, Kiyev növbəti yarışmada iştirak edə bilməyəcək. Həmçinin “Eurovision-2016"nın qalibi olan Camala artıq qalib hesab edilməyəcək.
Xatırladaq ki, Ukraynanın təhlükəsizlik xidməti Rusiyanın “Eurovision” təmsilçisi Yuliya Samoylovanın ölkəyə buraxılmaması barədə qərar qəbul edib. Qərara əsasən, Y. Samoylova üç il ərzində Ukraynaya daxil ola bilməz. Buna səbəb isə ifaçının Ukrayna qanunvericiliyinə zidd olaraq 2015-ci ildə bir festival çərçivəsində Krıma səfər etməsidir. Bununla da ifaçı Rusiyanın işğal etdiyi Ukrayna ərazisinə getdiyi üçün ölkənin “qara siyahı”sına düşüb.
Rəsmi Ukraynan maraqlı şərt bəyanatı da gəlib: “Ukraynanın yarışmaya təmsilçini o halda qəbul etməyə hazırdır ki, Yuliya Samoylova Ukrayna qanunvericiliyinə zidd hərəkət etməmiş biri ilə əvəz edilsin”.
736 dəfə oxundu