İsa peyğəmbər üçün tikilən “ev” altı milyon dollara satıldı
Nyu-Yorkda yerli dini icmalardan biri tərəfindən, demək olar ki, bir əsr bundan əvvəl məxsusi olaraq İsa peyğəmbər üçün tikilən bina satılıb.
AFN xarici KİV-lərə istinadla xəbər verir ki, bina 6 milyon dollara satılıb. Məlumatda bildirilir ki, dini icma üzvləri İsa peyğəmbərin ikinci gəlişinə inanıblar və onun yaşamaq üçün məhz, Nyu-Yorkun şimalında yerləşən Bronksı seçəcəyinə əmin olublar.
Kotteji 1928-ci ildə “Diri İsa ordeninin bayır sarayı” (ingiliscə Outer Court of the living Christ) ordeninin üzvləri inşa etdiriblər. Son illərdə mülk bir vəkilə məxsus olub və o, kotteji 2009-cu ildən satmağa çalışıb.
Başlanğıcda mülkə 15 milyon dollar qiymət qoyulsa da, 2015-ci ildə məbləğ 10 milyona endirilib, lakin nəticədə bina 6 milyon dollara satılıb.
Mülkün ümumi sahəsi 1,4 min kvadrat metrdir. Bina yeddi yataq, beş vanna otağı, idman zalı, sauna və cakuzisi olan terrasdan ibarətdir. Mərmərdən olan döşəmə xüsusi olaraq Vatikandan gətirilib. Binanın yeni sahibi sözügedən mülklə yanaşı, ərazidə qaraj və hovuz tikintisi üçün razılıq sənədləri də əldə edib
747 dəfə oxundu