ABŞ-ın Alabama ştatında naməlum şəxs insanlara atəş açıb: yaralılar var

ABŞ-ın Alabama ştatında naməlum şəxs insanlara atəş açıb: yaralılar var


ABŞ-ın Alabama ştatının Atlant şəhərində baş vermiş silahlı insident nəticəsində bir neçə nəfər xəsarət alıb. "Report"un məlumatına görə, bu barədə "Reuters" şəhər nəqliyyatı idarəsinə istinadən xəbər verib. Xəbərdə bildirilir ki, naməlum şəxs metroda insanlara atəş açıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. "Şübhəli şəxs saxlanılıb, təhqiqat aparılır" – deyə idarənin xəbərində bildirilir. Atışmanın baş verdiyi "West Lake Station" müvəqqəti olaraq bağlanılıb.
Yaralıların vəziyyəti və ölənlərin olub-olmaması barədə məlumat verilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...