Yaşamaq üçün ən xoşagəlməz ölkə hansıdır? - SİYAHI

Yaşamaq üçün ən xoşagəlməz ölkə hansıdır? -


Amerikanın "Gellap" institutu 64 ölkə arasında sorğu keçirib.

"Ölkə.Az" xəbər verir ki, sorğu nəticələrinə əsasən, yaşamaq üçün ən xoşagəlməz ölkələrin siyahısı tərtib edilib.

Siyahıya liderliyi Syerra-Leone dövləti edir. Sakinlərin 64 %-i bu ölkəni birdəfəlik tərk etmək istəyir.

Mərkəzi Amerika ölkəsi Hondurasın da 36 % sakini miqrasiya etmək arzusundadır. Bildirilir ki, Qana, Nigeriya, Zimbabve, Seneqal və Nikaraqua dövlətləri siyanın ilk onluğunda yer alıb. Moldaviya siyahıda 28-ci, Monqolustan isə 29-cudur.

Maraqlıdır ki, ingilislərin və almanların 27, fransızların isə 18 %-i ölkəsini tərk etmək niyyətindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...