"Citigroup": Neftin 10 dollar bahalaşmasi gözlənilir

"Citigroup": Neftin 10 dollar bahalaşmasi gözlənilir


Neft hasilatının azaldılmasına dair Vyana anlaşmasının müddəti uzadılacağı təqdirdə "Brent" markalı neftin qiyməti 2017-ci ilin sonuna 10 dollar bahalaşaraq 65 dollar/barel təşkil edəcək. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, belə bir proqnoz ABŞ-ın "Citigroup" analitikləri tərəfindən verilib.

Ekspertlərin fikrincə, OPEC və ona üzv olmayan ölkələrin neft hasilatının azaldılması barədə anlaşmanı uzatmaları və qlobal neft ehtiyatlarının azalması ilin sonuna neft qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq. Bununla yanaşı analitiklər bildiriblər ki, ABŞ-da neft hasilatının artması, OPEC və ona üzv olmayan ölkələrin hasilatı azaltması ilə kompensasiya ediləcək.

"Citigroup" həmçinin qeyd edir ki, hasilatın azaldılması anlaşması uzadılmazsa, neft qiymətlərini kəskin azalma gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...