Rəcəb Tayyib Ərdoğan: “Barak Obama bizi aldatdı”
“Təəssüf ki, “PYD” və “YPG” (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları) məsələsində Barak Obama bizi aldatdı”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Al- Jazeera” televiziyasına müsahibəsində bildirib.
O, bu məsələdə Ağ evin hazırki rəhbərliyinə güvəndiyini söyləyib: “ABŞ-ın indiki hakimiyyətinin eyni işi təkrarlayacağını ehtimal etmirəm”.
“Telefon danışığınızda Donald Tramp ABŞ-ın PKK, YPG və PYD ilə bağlı siyasətinin dəyişdirəcəyi haqqında söz verdimi” sualını Rəcəb Tayyib Ərdoğan belə cavablandırıb: “Əslində, terror qruplaşmalarına qarşı birgə fəaliyyət göstərməyimizi söyləmişdilər. Yeni görüşlərimizdə artıq bunun detallarını üz-üzə müzakirə edəcəyik. Təbii ki bir çox məlumatları onlara təqdim edəcəyik. Əvvəllər PKK ilə bağlı məsələlərdə əlaqələrimiz olub. Obamanın hakimiyyəti dönəmində də əlaqələrimiz mövcud idi. Ancaq təəssüf ki, Obama hakimiyyəti PYD və YPG məsələsində bizi aldatdı” .
R.T.Ərdoğan Trampın hakimiyyətinə ümidlər bəslədiyini vurğulayaraq, telefon danışığı zamanı ABŞ prezidentinin dediklərinin xatırladıb: “Tramp “sizinlə çox önəmli işlər görəcəyik” söylədi”.
886 dəfə oxundu