Merkel niyə zəng etmədi? – Ərdoğandan unikal cavab

Merkel niyə zəng etmədi? –


Obama bizi aldatdı. Trampa isə ümidim böyükdür.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan referendumdan sonra sistem dəyişikliyi, Türkiyənin ABŞ və AB ilə əlaqələri və Suriyadakı vətəndaş müharibəsi haqda reportajı zamanı deyib. O, Tramp rəhbərliyinə inandığını bildirib:
“Terror təşkilatlarına qarşı ortaq iş görəcəyimiz haqda ABŞ-la bundan əvvəl də danışmışdıq.

Təəssüflər olsun ki, Obama PYD və YPG mövzusunda bizi aldatdı. Trampla telefon danışığı zamanı qərara gəldik ki, bu mövzu haqda görüşərək, ciddi müzakirə aparmaq lazımdır. Əhəmiyyətli işlər görəcəyimizə inanıram. Tramp rəhbərliyinə ümidim böyükdür”.

Jurnalistlərin referendumdan sonra Almaniya kansleri Angela Merkelin ona hələ də zəng etməməsi haqda sualına isə,
“Bunun özünü günahkar hesab etmək hissi ilə əlaqədar olduğunu düşünürəm”, - deyə cavab verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...