ABŞ-da FTX rəisi işdən uzaqlaşdırıldı — Rusiyanın bu işdə əli varmı?

ABŞ-da FTX rəisi işdən uzaqlaşdırıldı —


"Ölkə.Az" xəbər verir ki, Komi Los-Ancelesə uçanda telefonla bu barədə məlumatlandırılıb. FTX rəisi Kaliforniyada yerləşən idarəyə baş çəkmək üçün yola çıxıbmış. Ceyms Kaliforniyada bölmələri yoxlamalı, büroya yeni cəlb edilən işçilərlə bağlı keçirilən tədbirdə iştirak etməli idi.

Ceyms Komi Vaşinqtona xidməti təyyarə ilə yox, adi sərnişin təyyarəsi ilə qayıdıb. Qeyd edək ki, Komini Donald Tramp işdən qovub. Baş prokuror isə prezidenti bu vəzifəyə daha təcrübəli şəxsi təyin etməyə çağırıb.

Trampın müşaviri Kellienn Konuey bildirib ki, Ceyms Kominin işdən azad edilməsi Rusiyanın prezident seçkilərinə müdaxiləsi ilə əlaqəli deyil.
FTX rəisinin müavini Endryü Makkeyb müvəqqəti olaraq idarə rəisi vəzifəsini icra edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...