Atəşkəs dövründə Ermənistan ordusunun itkiləri – STATİSTİKA

Atəşkəs dövründə Ermənistan ordusunun itkiləri –


1994-cü ilin 12 mayında Qırğızıstan paytaxtı Bişkek şəhərində imzalanmış eyniadlı protokol Qarabağ müharibəsini formal olaraq dayandırdı. Lakin həmin müqavilənin üzərindən keçən 23 il ərzində cəbhədə atəş səsləri susmaq bilməyib.

Torpaqlarımız işğal edən Ermənistan ordusu atəşkəs şəraitində də təxribatçı fəaliyyətindən çəkinməyib və Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi bu faktlarla bağlı geniş təhqiqat aparıb və 1994-cü ilin mayından 2017-ci ilin martına kimi 2500-dən çox erməni hərbçisinin öldüyünü yazır.

Düşmən ordusu əsas itkilərini atəşkəsin ilk illərində, xüsusən 1995 (344) və 1997-ci (216) illərdə verib. Son illərin ən böyük itkiləri isə ötən il alınıb.

Belə ki, 2016-cı ildə Ermənistan ordusu 166 hərbi qulluqçusunu itirib və bu göstərici ilə Cənubi Qafqazda ən yüksək ölüm hallarının olduğu ölkəyə çevrilib. İstisna deyil ki, düşmən ordusunun itkiləri qeyd olunan rəqəmdən daha çoxdur lakin rəsmi Yerevan tərəfindən belə xəbərlər məxfiləşdirilib.

Erməni hərbçilərinin yüksək döyüş itkiləri təkcə, təmas xəttində yaranmış gərginliklə deyil, həm də ordu daxilində intizamsızlıq, hərc-mərclik və xəstəliklərin geniş yayılması ilə bağlıdır.

Təsadüfi deyil ki, Ermənistan prezidentinin iqamətgahı və hökumət binası orduda övladlarını itirmiş əsgər analarının etiraz mitinqlərinə səhnə olur. Polis kobudluq nümayiş etdirərək bu aksiyaları dağıtsa da, cəmiyyətdə mövcud vəziyyətlə bağlı narazılıq artmaqdadır. Bu hadisə xüsusən, aprel döyüşlərindən sonra aşkar şəkildə biruzə verdi. Daha Ermənistan sakinləri övladlarını Qarabağa göndərmək istəmir, bütün qanuni və qanunsuz vasitələrdən istifadə edərək onların Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə xidmət etməsinə mane olmağa çalışır.

Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi həqiqi hərbi xidmətə çağırdığı əsgərlərə 10 min dollar pul vəd edib.

Bütün bu amillə atəşkəsdən keçən 23 il ərzində erməni xalqının müharibə girovuna çevrilməsinə və kriminal-oliqarx rejimin əlində oyuncağa çevrilməsinə səbəb olub. Buna görə də düşmən ordusundakı itkilərin qarşıdakı illərdə də yüksək olacağı gözləniləndi. (modern.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
955 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...