Dünyanın 74 ölkəsinə güclü haker hücumu - İngiltərə səhiyyəsi çökdü

Dünyanın 74 ölkəsinə güclü haker hücumu -


Dünyanın 74 ölkəsi WanaCrypt0r 2.0 adlı güclü haker hücumuna məruz qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə saat ərzində dünyada 57 mindən çox komputer zərərli virusa yoluxdurulub. Virus komputerdəki fayllara giriş üçün istifadəçidən yüksək miqdarda pul tələb edir. Pul təyin edilən vaxta kimi ödənilməzsə bütün məlumatlar bazası, arxiv silinəcək. Ən çəx zərər çəkən ölkələrin üçlüyündə Rusiya, Ukrayna və Tayvan dayanır.

Haker hücumuna Böyük Britaniyanın Milli Səhiyyə Sistemi, həmçinin İspaniyanın Telefonica telekommunikasiya şirkəti də məruz qalıb. İngiltərədə bir sıra xəstəxanaların komputer sistemləri sıradan çıxıb. Bu isə minlərlə insanın həyatını təhlükə qarşısında qoyub. Belə ki, ürək əməliyyatları, kimyaterapiya kursları, rentgen araşdırmaları, maqnit-rezonans tomoqrafiyaları təxirə salınıb.

Artıq bir sutkadan az vaxtda hakerlər 12 min dollar toplayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1061 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...