Ərdoğan: “Türkiyə PYD/YPG-nin maraqlarını heç vaxt nəzərə almayacaq”

Ərdoğan: “Türkiyə PYD/YPG-nin maraqlarını heç vaxt nəzərə almayacaq”


Ankara Suriyadakı münaqişənin nizamlanması prosesində PKK-nın Suriya qolu olan PYD/YPG terror qruplaşmalarının maraqlarını nəzərə almaq niyyətində deyil. APA-nın məlumatına görə, bunu Vaşinqtonda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

“Türkiyə PYD/YPG-nin bölgədəki maraqlarını heç vaxt nəzərə almayacaq. Bu əldə etdiyimiz qlobal sazişə ziddir. Biz, bu qruplaşmaların terror vasitəsilə bölgənin dini və etnik quruluşunu manipulyasiya etməsinə imkan verməməliyik”, - deyə Ərdoğan Vaşinqtonda ABŞ prezidenti Donld Trampla görüşündən sonra bildirib.

Ərdoğan bəyanatı türk dilində səsləndirib. ABŞ telekanalları bəyanatı ingilis dilinə tərcümə edərək yayımlayıblar.

Qeyd edək ki, Ankaranın çoxsaylı etirazlarına baxmayaraq, ABŞ İŞİD-lə mübarizədə Suriya kürdlərinə hərbi dəstək göstərməkdə davam edir


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...