Türkiyədə məşhur qəzetin rəhbərliyi həbs olundu – Çevriliş planı

Türkiyədə məşhur qəzetin rəhbərliyi həbs olundu –


Mayın 19-da Türkiyənin məşhur "Sözcü” qəzetində FETÖ əməliyyatı keçirilib. BakiPost.az xəbər verir ki, Ərdoğan iqtidarını tənqid edən media orqanı kimi tanınan qəzetin rəhbər şəxsləri saxlanılıb.

Məlumata görə, qəzetin sahibi Burak Akbayla birlikdə elektron versiyasının rəhbəri Mediha Olqun, maliyyə direktoru Yonca Qalalı və İzmir üzrə müxbir Gökmən Ulu polis tərəfindən həbs edilib. Qəzetin vəkilləri bildirib ki, hələlik onlara həbs-qətimkanla bağlı heç bir sənəd verilməyib.

Jurnalistlərə qarşı FETÖ üzvü olmamaqla birlikdə bu təşkilatın işlərinə dəstək vermək, prezidentə sui-qəsd və Türkiyə hökumətini devirməyə cəhdə bağlı cinayət işi açılıb. CHP lideri Kamal Kılıçdaroğlu deyib ki, "Sözcü”yə qarşı əməliyyat Türkiyəyə yönəlik əməliyyatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
924 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...