İran Trampın gəldiyi gün Ər-Riyadı vurdu

İran Trampın gəldiyi gün Ər-Riyadı vurdu


Yəməndə husilər Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada ballistik raket atıblar.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Raket buraxılışı haqqında informasiyanın husilərin sosial şəbəkələrdə yaydıqları bildirilir. Səudiyyə Ərəbistanı hələlik yayılan xəbəri şərh etməyib.

Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən bu yana davam edir. Müharibə qiyamçi şiə husilərlə hökumət qüvvələri arasında aparılır. Husiləri bu savaşda İran dəstəkləyir.

Husilərin Ər-Riyada raket zərbəsi endirməsi Trampın Səudiyyə Ərəbistanına səfər etdiyi günə düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1120 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...