Seçkilərin nəticələri Trampı təəccübləndirib

Seçkilərin nəticələri Trampı təəccübləndirib


ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Böyük Britaniyada keçirilən seçkilərin nəticələri onu təəccübləndirib.

Bu barədə AzVision.az “RiA Novosti”yə istinadən xəbər verir.

“Təəccüblüdür”, – deyə Tramp jurnalistlərin seçkilərin nəticələrini şərh etmək barədə sualını cavablandırarkən vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyada keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələrinə əsasən mühafizəkarlar 318, leyboristlər 262, Şotlandiya Milli Partiyası 35, Liberal Demokrat Partiyası 12, Demokratik Birlik Partiyasının 10, Uels Partiyası 3 və “Yaşıllar” partiyası 1 yer qazanıblar.

Protokolların 100% hesablanmasından sonra baş nazir Tereza Meyin Mühafizəkarlar Partiyası 650 yerlik İcmalar Palatasında parlament çoxluğunu itirib.

Bu səbəbdən baş nazir parlamentdə 10 mandat qazanan Şimali İrlandiya Demokratik Yunionist Partiyası ilə koalisiya qurulacağını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...