İsrail xüsusi xidmət orqanlarından dəhşətli xəbərdarlıq — "İŞİD notbuklara bomba yerləşdirir"

İsrail xüsusi xidmət orqanlarından dəhşətli xəbərdarlıq —

İsrail xüsusi xidmət orqanları İŞİD terror qruplaşmasının yeni taktikasını müəyyən ediblər. "Ölkə.Az" xəbər verir ki, xüsusi xidmət orqanlarının araşdırmasına görə, terrorçular notbuklara bomba yerləşdirirlər. Bu bombalar sərnişin təyyarələrində istifadə edilə bilər.

Məlumata əsasən, İsrail hakerləri İŞİD-in kompüter şəbəkəsinə daxil olublar. Məlum olub ki, terrorçular korporativ kompüterlərin batareyasına bənzəyən partlayıcı qurğu hazırlayıblar. Qurğu hava limanlarındakı rentgen aparatları tərəfindən qeydə alınmır və təhlükəsizlik xidməti əməkdaşlarında şübhə oyatmır.

Məhz bu məlumatdan sonra ABŞ hökuməti 21 mart tarixindən Türkiyə, Yaxın Şərq və Şimali Afrika reysləri ilə notbuk və digər elektron qurğuların gətirilməsinə qadağa tətbiq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...