Rusiya səfiri İsveç XİN-ə çağırılıb

Rusiya səfiri İsveç XİN-ə çağırılıb


Rusiyanın İsveçdəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın "Su-27" qırıcısının İsveçin hərbi təyyarəsini müşayiət etməsidir.

İsveç Silahlı Qüvvələri "Su-27" qırıcı təyyarəsinin iyunun 20-də Baltik dənizi üzərində beynəlxalq hava məkanında çox yaxın məsafədə İsveç hərbi təyyarəsini müşayiət etdiyini açıqlayıb.

Eyni zamanda, isveçlilərin uçuşlarının Rusiya təyyarələri tərəfindən identifikasiyasının adi hal aldığı qeyd olunub. İnsident barədə ölkə rəhbərliyinə məlumat verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
912 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...