Dünyada son 50 ilin ən sərt istiləri yaşanacaq

Dünyada son 50 ilin ən sərt istiləri yaşanacaq


Temperaturun 49 dərəcəyə yüksəldiyi ABŞ-da təyyarələrin hərəkəti məhdudlaşdırılıb.

Hava şəraiti ilə əlaqədar bir neçə təyyarənin uça bilməməsi səbəbindən
Arizona əyalətində ən az 50 uçuş ləğv edilib. Mütəxəssislər bildirir ki, yüksək temperatur təyyarələrin qalxması üçün gərəkli olan küləyin qarşısını kəsir.

Moderator.az xəbər verir ki, ABŞ meteorologiya səlahiyyətliləri, Kaliforniyanın “Ölüm Vadisi”ndə bu həftə içində temperaturun 53 dərəcəyə qalxacağını gözləyirlər. Adıçəkilən ərazi ABŞ-ın ən isti yeri olaraq bilinir.

Bölgədə yaşayanlara səhər 10.00-dan etibarən çölə çıxmamaları üçün xəbərdarlıq edilib.

Avropada isə Portuqaliyadakı nəhəng meşə yanğını günlərdir davam edir. 64 nəfərin öldüyü yanğını yatırmaq hələ də mümkün olmayıb.
Həddindən artıq isti günlərin yaşandığı digər ölkə isə İngiltərədir ... Ölkədə istilik səbəbiylə əriyən asfalta yazı yazanlar belə var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
925 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...