Azərbaycanlı milli fəala hökm oxundu

Azərbaycanlı milli fəala hökm oxundu


Urmiya Məhkəməsinin 2-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Nasir Xülusini 6 il həbs cəzasına məhkum edib.

Axar.az xəbər verir ki, bu barədə “Günaz.tv” məlumat yayıb. Hakimin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi və digər təhlükəsizlik orqanlarının təzyiqi altında qərar verdiyi iddia edilir. Nasir Xülusi 6 illik həbsinə dair çıxarılan məhkəmə hökmünü olduqca ədalətsiz və qəbuledilməz adlandırıb:

“Azərbaycanlılar əleyhinə çıxarılan ağır məhkəmə qərarları hansı qanun və şəriətə uyğundur?! Azərbaycan gənclərini ədalətsiz bir şəkildə həbs etdiyinizə görə vicdanınız necə rahatdır?!”

Qeyd edək ki, mühəndis Nasir Xülusi 2017-ci il yanvarın 23-də Təbrizdən Urmiyaya gələrkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
881 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...