Trampın oğlu ruslarla görüşdüyünü etiraf etdi

Trampın oğlu ruslarla görüşdüyünü etiraf etdi

ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Hillari Klinton əleyhinə məlumatlara sahib olduğunu deyən rus vəkillə görüşdüyünü etiraf edib.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Nataliya Veselnitska adlı vəkillə görüşdə prezidentin kürəkəni Cared Kuşner və prezident seçkilərində məsul şəxs olan Paul Manafort da iştirak edib. Prezidentin oğlu bildirir ki, görüş barədə Hillari Klintona məlumat verilib və vəkilin onun əleyhinə hansısa informasiyaya sahib olmadığı məlum olub. Sonra isə rusiyalı uşaqların ABŞ vətəndaşları tərəfindən övladlığa götürülməsi proqramı müzakirə edilib.

Qeyd edək ki, bir müddətdir prezident Donald Trampın Rusiya ilə əlaqəsi və seçki kampaniyası dövründə Rusiyanın ölkədəki proseslərə müdaxiləsi araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
960 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...