Stoltenberq: “NATO Ukraynanın tərəfindədir və Krımın ilhaqını heç vaxt tanımayacaq”

Stoltenberq: “NATO Ukraynanın tərəfindədir və Krımın ilhaqını heç vaxt tanımayacaq”

“NATO Ukraynanın tərəfindədir və Krımın Rusiya tərəfindən qanunsuz ilhaqını heç vaxt tanımayacaq”.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO-Ukrayna Komissiyasının Kiyevdə keçirilən iclasının açılışında deyib. “Biz son iki onillik ərzində Ukraynanın alyansın işinə çoxsaylı töhfələrini səmimi olaraq qiymətləndiririk. Ukrayna yeganə tərəfdaş ölkədir ki, Kosovo və Əfqanıstan əməliyyatları da daxil olmaqla, NATO-nun bütün missiyalarında iştirak edib. Biz NATO-nun Ukrayna ilə həmrəylik, eləcə də sizin dövlətin ərazi bütövlüyü və suverenliyinə dəstək nümayiş etdirmək üçün buradayıq”.

Y. Stoltenberq Rusiyanın Ukraynaya qarşı aqressiv fəaliyyətləri davam etdirdiyini söyləyib: “NATO və ittifaqın üzvləri sizin tərəfinizdədir. İttifaq ölkələri Krımın Rusiya tərəfindən qanunsuz ilhaqını heç vaxt tanımayacaqlar. Bizi Ukraynanın şərqində davam edən və artıq minlərlə insanın həyatına son qoymuş münaqişə də narahat edir”.

Baş katib qeyd edib ki, Minsk razılaşmaları tam şəkildə yerinə yetirilməli və ATƏT müşahidəçiləri bütün Ukrayna ərazisində maneəsiz və təhlükəsiz dolaşmaq hüququna malik olmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
883 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...