Qətər böhranın həllini inək itxalında tapdı

Qətər böhranın həllini inək itxalında tapdı

Süd məhsulları idxal etməkdən xilas olmağı hədəfləyən embarqo altındakı ölkə, Macarıstandan 4 min inək satın alıb. İlk olaraq 165 heyvan yük təyyarəsiylə Dohaya gətirilib.

Səudiyyə Ərəbistanının liderlik etdiyi ölkələr tərəfindən bütün sərhədləri bağlanılan və təcrid edilən Qatar, həlli inək idxal etməkdə tapıb.

Az qala bütün qida ehtiyaclarını xaricdən əldə edən ölkə, bu dəfə embarqodan xilas olmağa qərar verib.

Macarıstandan satın alınan 165 Alman inəyi yük təyyarəsiylə ölkəyə gətirilib. Dohadakı hava limanına endirilən inəklər, yük maşınlarına yüklənərək bir fermaya aparılıb.

Baladna adlı şirkət 4 min inək idxal edəcək. Dohanın şimalında bir ferma inşa edən şirkətin hədəfi, Qətərin süd ehtiyacını qarşılayaraq itxala asılılıqdan xilas olmaqdı.

Doha rəhbərliyini "terror"-u dəstəkləməklə günahlandıran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir, 13 maddəlik tələb siyahısını rədd edən Qətərə yeni sanksiyalar tətbiq etməyə hazırlaşırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...