Ermənistan Abxaziyadan keçən dəhlizin açılmasına ümid etməsin - Zurab Abaşidze

Ermənistan Abxaziyadan keçən dəhlizin açılmasına ümid etməsin -

Tranzit istiqamətdə yolların açılması mövzusu nəzərdən keçirilmir. Trend-in məlumatına görə, bunu Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

Bununla da o, Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaan Martirosyanın “Ermənistan yaxın zamanlarda Abxaziya və Tsxinvali regionundan keçməklə Rusiya və Gürcüstan arasında ticarət dəhlizinin açılmasına ümid edir” açıqlamasına cavab verib.

Z.Abaşidzenin sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında danışıqlar 2011-ci ildə əldə olunmuş yük dövriyyəsi haqqında sazişin icra olunması ətrafında davam edir və burada Abxaziyadan keçən və Ermənistanın ümid etdiyi ticarət dəhlizi barədə şərtlər mövcud deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...