Alman jurnalından nəhəng avtomobil şirkətləri ilə bağlı ŞOK İDDİA

Alman jurnalından nəhəng avtomobil şirkətləri ilə bağlı

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın həftəlik yayımlanan “Der Spiegel” jurnalı nəhəng avtomobil şirkətləri haqqında şok iddia ortaya qoyub.

Jurnalın yaydığı məlumata görə, “Mercedes”, “BMW”, “Volkswagen”, “Audi”, “Porsche”, “Opel” kimi dünya şöhrətli şirkətlər rəqabətin qarşısını almaq üçün 20 ildir ki, əməkdaşlıq edir.

Avropa Birliyi bu iddia ilə bağlı dərhal açıqlama verib. Səlahiyyətli şəxslər Bundeskartellamt (Almaniya Rəqabət Təşkilatı) və Avropa Komissiyasına bu barədə məlumatın daxil olmasını və hazırda araşdırma getdiyini açıqlayıblar.
Həmçinin, Avropa Birliyi bu mövzu ilə bağlı ətraflı açıqlama vermək üçün tez olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...