Almaniya İngiltərədəki pullarını çıxarmağa hazırlaşır

Almaniya İngiltərədəki pullarını çıxarmağa hazırlaşır

Almaniyanın ən nəhəng kommersiya bankı "Deutsche Bank AG" yeni qərar qəbul edib. "Ölkə.Az" xəbər verir ki, bank Böyük Britaniyanın Avropa İttifaqından ayrılmaq barədə qərarından sonra 300 milyard avroluq aktivini Britaniya şöbəsinin balansından çıxara bilər.

Almaniya bankı bu barədə qərarını müştərilərə sentyabr ayında elan edəcək. Layihənin adı isə "Bowline"dır. "Deutsche Bank"ın 1.59 trilyon avro aktivi var. 300 milyard avro isə bu aktivin 20 faizi deməkdir.

Breksit qərarından sonra banklar Londondan aktivlərin və müştərilərin axın edəcəyini gözləyirlər. "Deutsche Bank" aktivləri 2018-ci ilin sentyabr ayından aktivlərin köçürülməsinə başlayacaq. Proses 2019-cu ilin mart ayında başa çatacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...