Tramp 4 satqını işdən qovdurdu

Tramp 4 satqını işdən qovdurdu

ABŞ Ədliyyə naziri Cef Seşşıns informasiya sızdırmaqda ittiham edilən 4 şübhəlinin işdən çıxarıldığını deyib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, haqqlarında istintaq prosesi başlayan şəxslər gizli sənədləri aşkara çıxartmaq, xarici kəşfiyyat nümayəndələri ilə əlaqə saxlamaqda ittiham edilirlər.

Bir müddət əvvəl Tramp tərəfindən informasiya sızdırılması məsələsinin araşdırma prosesinə görə tənqid edilən Seşşıns şübhəlilərin Amerika xalqına xəyanət etdiyini, milli kəşfiyyat idarəsinin rəhbəri kimi öz üzərinə düşən vəzifəni icra edəcəyini və bu şəxslərin cəzalandırılması üçün bacardığı edəcəyini deyib.

Qeyd edək ki, bu, Ağ Evdən kənara informasiya ötürməkdə ittiham olunan şəxslərlə bağlı 3-cü istintaq prosesidir.

Bu günə qədər Trampla bağlı bir çox informasiya mətbuata və xarici kəşfiyyata ötürülüb. Son dəfə Trampın xarici liderlərlə əsəbi telefon danışıqları yayılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1057 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...