Nazir: "Türkiyədən pomidor almayacağıq"

Nazir: "Türkiyədən pomidor almayacağıq"

Rusiya Türkiyədən pomidor idxal etməyə hazır deyil və gələcəkdə də bunu etmək niyyəti yoxdur.

Trend-in məlumatına görə, bunu Rusiya televiziyasına müsahibəsi zamanı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov deyib.

Onun sözlərinə görə, Türkiyədən idxal dayandırıldıqdan sonra Rusiya bazarının pomidor və digər tərəvəzlərlə təmin olunması üçün yerli biznes təşviq edilib. Nazir əlavə edib: “Bu prosesdən geri qayıtmaq yerli istehsalçılara qarşı ədalətsizlik olardı”.

Qeyd edək ki, Rusiya və Türkiyə arasında Türkiyə pomidorlarının Rusiyaya məhdud tədarükü üzrə danışıqlar avqustun 18-ə planlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...