Gürcüstan XİN Rusiyanı aqressiv addımlara son qoymağa çağırıb

Gürcüstan XİN Rusiyanı aqressiv addımlara son qoymağa çağırıb

Gürcüstan Xarici İşlər Nazirliyi Abxaziya ilə sərhəddə tikanlı məftillərin çəkilməsini pisləyən bəyanat yayıb.

APA-nın yerli bürosunun Gürcüstan XİN-ə istinadən verdiyi məlumata görə, bəyanatda Rusiyanın bu addımı yerli əhalinin fundamental hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

"Bu addım əhalinin sərbəst hərəkət etmək, təhsil və sağlamlıq hüquqlarını məhdudlaşdırır. Bu da öz növbəsində Abxaziya regionunda humanitar vəziyyətin ağırlaşdırılmasına gətirib çıxaracaq”, - deyə bəyanatda vurğulanıb.

XİN Rusiyanı Gürcüstana qarşı aqressiv addımlara son qoymağa, beynəlxalq hüquq normalarına, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
825 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...