Kilsə vəsaitlərini müğənni arvadına xərcləyən keşiş ifşa olundu

Kilsə vəsaitlərini müğənni arvadına xərcləyən keşiş ifşa olundu


Sinqapurda yerli xristian icmasının keşişi Konq Xi 23 milyon avro dəyərində kilsə ianələrini həyat yoldaşının musiqi karyerasına sərf etdiyinə görə məhkəmə tərəfindən təqsirli bilinib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, 2 il davam edən proses zamanı Konq Xi ilə yanaşı, onun 5 köməkçisi də fırıldaqçılıqda ittiham olunub. Araşdırmalar zamanı aydın olub ki, keşiş həyat yoldaşı Sun Xonun müğənni kimi populyarlaşması üçün kilsədə toplanan pullara ona bir neçə mahnı alaraq klip çəkdirib. Bundan savayı, Sun Xonun Amerikada musiqi karyerasına davam etməsi üçün prodüser mərkəzi ilə müqavilə imzalayıb.

Məhkəmə prosesi zamanı Konq Xi həyat yoldaşını populyar etməklə kilsəyə gələn ziyarətçilərin sayını artırmağı planlaşdırdığını deyib. Sinqapur şəhər məhkəməsi keşişi və onun cinayət ortaqlarını fırıldaqçılıqda təqsirli sayıb və məhkəmə hökmü verilənə qədər 1 milyon dollar girov qarşlığında zaminə buraxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1075 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...