Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb

Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
Rəsmi Pekin ABŞ-nin Çin şirkətlərinə qarşı qanunsuz birtərəfli sanksiyalarına qətiyyətlə qarşı çıxır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penyuy deyib.

"Çin tərəfi ABŞ-nin qanunsuz birtərəfli sanksiyalarına qətiyyətlə qarşı çıxır", - diplomat Vaşinqtonun çərşənbə günü tətbiq etdiyi, ÇXR-in 21 şirkətinə aid anti-Rusiya sanksiyalarını şərh edərkən vurğuladı.

"Çin şirkətlərinin qanuni hüquq və mənafelərini müdafiəsinə davam edəcəyik", - o əlavə edib.

"Çin və Rusiya arasında normal ticarət və iqtisadi qarşılıqlı fəaliyyət Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına və bazar prinsiplərinə uyğundur. Bu, üçüncü ölkələrə qarşı yönəlməyib və üçüncü ölkələrin müdaxiləsinə və təzyiqinə məruz qalmamalıdır", - diplomat vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
474 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...