Putinin reytinqi rekord səviyyəyə qalxdı

Putinin reytinqi rekord səviyyəyə qalxdı

Rusiya prezidenti Vladimir Putinin reytinqi artaraq 89,9 faizə çatıb. Virtualaz.org lenta.ru-ya istinadən bildirir ki, İctimai Fikrin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin yaydığı press-relizdə belə deyilir. Qeyd olunur ki, bu rəqəm 2015-ci ilin iyununda qeydə alınmış göstəricidən çoxdur. Ölkə prezidentinin yüksək reytinqinə Rusiya aviasiyasının sentyabrın 30-dan başlayaraq Suriyada terrorçulara qarşı əməliyyatlara başlaması kimi amillər təsir edir.

Rəyi soruşulanların 9 faizi idman hadisələrini, 5 faizi Ukraynadakı vəziyyəti, 2 faizi Putinin iqtisadiyyat və mədəniyyət sahələrindəki fəaliyyətini yüksək qiymətləndirdiyini açıqlayıb. Respondentlərin 49 faizi isə cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, 17-18 oktyabr tarixlərində keçirilən sorğuda 1,6 min respondent iştirak edib. Onu da xatırladaq ki, Mərkəzin təqdim etdiyi statistikaya görə, Putinin reytinqi son ilyarımda bir qayda olaraq 80 faizdən çox olub. Və bu reytinq 2014-cü ilin yazından, Krımın Rusiyaya birləşdirilməsindən sonra artmağa başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1342 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...