"Dünya 15 gün qaranlıqda qalacaq" - NASA

"Dünya 15 gün qaranlıqda qalacaq" -


Amerika Milli Kosmik Agentliyi (NASA) dünyaya şok məlumat açıqlayıb. NASA Dünyanın 15 gün qaranlıqda qalacağını bildirib. Qaranlıq günlərin 15 noyabrda başlaması və 30 noyabrda bitməsi gözlənilir. Noyabr ayında reallaşacaq kosmos hadisəsinin Venera və Yupiter planetlərinin səbəb olduğu astroloji hadisədən qaynaqlanacağı qeyd edilir.

ABŞ prezidenti Barak Obama tərəfindən NASA rəhbəri olaraq təyin olunmuş Çarls Bolden Dünyanın 15 gün qaralması haqqında min səhifəlik bir hesabat hazırlayaraq Ağ Evə təqdim edib.

Hesabata görə, Venera və Yupiter planetləri paralel bir müstəvidə dayanacaq. Venera, Yupiterin cənub qərbinə keçəcək və bu zaman Yupiterdən 10 qat daha parlaq olacaq. Veneranın yaydığı işıq, Yupiterdəki qazların istiləşməsinə və reaksiyaya girməsinə səbəb olacaq. Qaz reaksiyaları təxmin edilə bilməyəcək qədər çox hidrogenin kosmosa yayılmasına səbəb olacaq. Hidrogen qazı isə Bakı vaxtı ilə 11:50-də Günəşə təmas edəcək.

Günəş ilə təmasa girən böyük miqdardakı hidrogen qazı Günəşdə böyük bir partlayışının meydana gəlməsinə səbəb olacaq. Partlayış səbəbiylə Günəşin səthinin istiliyi bir anda 9 min santiqrata çatacaq. Günəş, istiliyi nüvəsinə doğru əmərək partlayışı dayandıracaq. Bu proses zamanı Günəş göy rəngə çalan bir rəngə bürünəcək. Günəşin əvvəlki temperaturuna və rənginə dönməsi isə 14 gün davam edəcək. Günəşin səthi soyuduğunda, ulduzdan çıxacaq işıq da azalacaq. Ancaq Günəş şüalarının yer üzünə çatması 7 və ya 8 dəqiqə vaxt aldığı üçün, 11:50-də reallaşacaq hadisə 11:58-də fərq ediləcək. Dünyanın qaranlıq günləri 30 noyabr saat 23:45-də sona çatacaq.

NASA rəhbəri Bolden bu hadisənin detallarını paylaşmaq üçün ABŞ prezidenti Obamanın da qatıldığı bir mətbuat konfransı təşkil edib. Bolden konfransda Dünyanın qaralacağı günü ilə bağlı başqa mənfi təsirlərin yaşanmasını gözləmədiklərini bildirib: "Bu kosmos hadisəsinin Dünya üzərindəki tək təsiri 6-8 dərəcə istilik artımı olacaq. Ən çox Qütb bölgəsinə təsir olacaq. Heç kimin narahat olmasına ehtiyac yoxdur. Bu hadisə Alyaska sakinlərinin qışda yaşadığına bənzəyəcək" - deyə, NASA rəsmisi söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1341 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...