Sahibə Qafarova Özbəkistan nümayəndələri ilə danışıqlarda FOTO

Sahibə Qafarova Özbəkistan nümayəndələri ilə danışıqlarda

İyunun 1-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın) İslamabadda keçirilən tədbirində iştirak edən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Virtualaz.org-un məlumatına görə, görüşdə S.Qafarova Azərbaycan və Özbəkistanın dost və yaxın ölkələr olduğuna diqqət çəkərək, xalqlarımız arasındakı oxşar dini və mənəvi dəyərlərin əlaqələrimizin daha da dərinləşməsinə yaxşı imkan yaratdığını söyləyib. Bildirib ki, müstəqillik əldə etdikdən sonra münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə qalxmasında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də münasibətlərimizin inkişafına müsbət təsirini göstərib.

Görüşdə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfər barədə danışan Milli Məclisin Sədri ölkəmizin BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə reallaşdırdığını bildirib. O, qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. İndi isə bu ərazilərdə bərpa və quruculuq dövrü başlayıb. Reallıqlarla barışmaq istəməyən Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atır. Bütün bunlara baxmayaraq, Azərbaycan öz qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayır.

Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilov Milli Məclisin Spikeri ilə görüşdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, Özbəkistanda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin əlaqələrimizin inkişafındakı xidmətlərini yüksək qiymətləndirir və xatirəsini əziz tuturlar.

Söhbətdə bildirilib ki, Özbəkistan ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan yaxşı xəbərdardır və Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izləyir.

N.İsmoilov siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, deputatların qarşılıqlı səfərləri tərəfləri düşündürən məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə danışılıb.


Sahibə Qafarova Özbəkistan nümayəndələri ilə danışıqlarda



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...