İranda ilk elektrobus istifadəyə verilib

İranda ilk elektrobus istifadəyə verilib

Bu gün Məşhəd şəhərində İranın istehsal etdiyi ilk elektrobus istifadəyə verilib.

Gundeminfo-nun məlumatına görə, İranda ilk elektrobus İranın Mapna Şirkətlər Qrupu tərəfindən istehsal olunub. Elektrobusun uzunluğu 12 metrdir və 19,5 ton tutumu var. Elektrobus gündə bir dəfə elektrik enerjisi ehtiyatı ilə təxminən 300 kilometr məsafəni qət edə bilər.

Elektrobusun istifadəyə verilməsi ilə əlaqədar tədbirdə çıxış edən Məşhəd Şəhər Bələdiyyəsinin sədri Məhəmməd Rza Kəlai deyib ki, Məşhəd Şəhər Bələdiyyəsi ilə Mapna Şirkətlər Qrupu arasında 100 elektrobusun düzəldilməsi ilə əlaqədar müqavilə imzalanıb.

Müqavilə əsasında bu il 10 elektrobus Məşhəd Şəhər Bələdiyyəsinə təhvil veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
759 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...