İsrail yeni prezidentini seçəcək

İsrail yeni prezidentini seçəcək

İsrail bu gün səlahiyyət müddəti 9 iyulda sona çatacaq prezident Reuven Rivlinin xələfini seçəcək.

Gundeminfo.az xəbər verir ki, Məclis rəhbərliyi tərəfindən edilən yazılı açıqlamada prezident seçkilərinin gizli səsvermə üsulu ilə ediləcəyi bildirilib.

Seçkilərdə iki namizəd -İşçi Partiyasının keçmiş sədri İshaq Herzoq və yahudilərin “Givat Zeev” qəsəbəsində yaşayan sinaqoq fəal Miriam Peretz yarışacaq.

İsrail İctimai Yayım Təşkilatı “KAN”da yer alan xəbərə görə, seçki nəticələrinin günortadan sonra açıqlanması gözlənilir.

Qeyd edək ki, İsraildə 7 illik müddətə seçilən prezidentin səlahiyyətləri məhduddur və geniş səlahiyyətlərə sahib olan Baş nazirdən fərqli olaraq simvolikdir. Prezidentin səlahiyyətləri məhkumları bağışlamaq, səfirlərin etimadnamələrini qəbul etmək və hökumət qurmaq üçün nümayəndələr təyin etməklə məhdudlaşır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
826 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...