Britaniyadan Bakıya yardım: Minaların təmizlənməsi…

Britaniyadan Bakıya yardım:
Böyük Britaniya Müdafiə Nazirliyinin Partlayıcı Maddələrə qarşı Mübarizə İdarəsinin (CEDE) nümayəndəsi bu gün Azərbaycana gəlib.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Bakıdakı səfriliyi məlumat yayıb.

“Ötən cümə günü Kəlbəcərdə baş verən faciəvi hadisə bir daha bizə partlamamış mina və hərbi sursatlarının yaratdığı dağıdıcı humanitar riski barədə xatırlatdı. Bu gün Birləşmiş Krallığın Müdafiə Nazirliyinin Partlayıcı Maddələrə qarşı Mübarizə İdarəsinin mütəxəssisi Britaniyanın ANAMA-ya münaqişənin bu ölümcül qalıqları ilə mübarizədə necə kömək edə biləcəyini araşdırmaq məqsədi ilə Azərbaycana səfər edir”, - məlumatda qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...