“Ermənistanın öz səhvlərindən nəticə çıxaracağına ümid edirik” - Çavuşoğlu

“Ermənistanın öz səhvlərindən nəticə çıxaracağına ümid edirik” -
“Biz Cənubi Qafqazın sülh bölgəsi olmasını istəyirik”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumu ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsindən hamı, o cümlədən Ermənistan və erməni xalqı faydalanacaq.

“Ermənistan öz-özünü təcrid edib. Ermənistanın səhvləri ucbatından qonşuları ilə münasibətləri yaxşı deyildi. Ümid edirik ki, Ermənistan öz səhvlərindən nəticə çıxaracaq”, - deyə M. Çavuşoğlu qeyd edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
751 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...