Ermənistanda seçki rəzaləti: - Seçicilərə pulsuz benzin payladılar

Ermənistanda seçki rəzaləti: -
Ermənistanda növbədənkənar parlament seçkilərinə iki gün qalmış maraqlı hadisə yaşanıb.

Azvision.az xəbər verir ki, yerli mediada seçicilərin pul ilə ələ alınmasına dair faktlar dərc edilib. Belə ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın partiyası tərəfdar toplamaq üçün vətəndaşlara pulsuz benzin paylayıb.

"Paşinyanın partiyası bölgələrdə rüşvət olaraq 20 litr benzinin kuponunu paylayır. Mənbəmizin verdiyi məlumata görə, dünəndən etibarən Lori, Sünik(Zəngəzur-red), Geqarkunik, Şirak rayonlarının rəhbərləri adminstrasiyaya çağırılıblar. Yəqin ki, yaxın günlərdə insanlara kütləvi şəkildə başqa şirnikləndirici hədiyyələrin paylanması barədə digər faktlar üzə çıxacaq",-deyə məqalədə yazılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1001 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...