Paşinyan seçkidə qalib gəlib, müxalifət nəticələri tanımır - YENİLƏNİB
Ermənistan Mərkəzi Seçki Komissiyasının bu gün saat 08:00-a olan məlumatına görə, bülletenlərin 100%-i artıq sayılıb. Bu, bütün 2008 seçki məntəqəsində səslərin hesablandığı deməkdir.
Gundeminfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, son nəticələrə görə, baş nazir əvəzi Nikol Paşinyanın "Vətəndaş sazişi" partiyası növbədənkənar parlament seçkilərində səslərin 53,92%-ni (687251) toplayıb.
Eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku 21,04% (286165) səslə ikinci yerdə gəlir.
Serj Sarkisyan və Artur Vanetsyanın “Şərəfim var” blokuna 5,23% (66633), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 3,96% (50416) seçici səs verib.
Paşinyan tərəfdarları artıq qələbəni bayram edərkən, əsas müxalifət alyansı olan “Ermənistan” bloku nəticələri rədd edib.
Yeri gəlmişkən, ATƏT-in beynəlxalq müşahidəçiləri iyunun 21-də səsverməyə dair ilkin dəyərləndirmə yayacaqlar.
Bu seçkilərdə 21 partiya və 4 blok iştirak edib.
Parlamentə düşmək üçün partiyalar ən azı 5%, bloklar isə 7% səs toplamalıdır.
Hazırkı nəticələr:
"Vətəndaş sazişi" partiyası - 53,92%,
"Ermənistan" bloku -21,04%,
"Şərəfim var" bloku - 5,23%,
Çiçəklənən Ermənistan partiyası - 3,96%,
"Respublika" partiyası – 3,04%,
Erməni Milli Konqres partiyası – 1,54% ,
"İşıqlı Ermənistan" partiyası – 1,22%
Demokratlar İttifaqı Şirinyan-Babajanyan bloku – 1,20%,
"Milli Demokrat Qütb" partiyası – 1,20%,
"Milli Mühafizəkar Hərəkatı 5165" partiyası – 1,2%,
Liberal Partiya – 1,05%
529 dəfə oxundu