Koçaryan: “Bu inqilabın son gülləsi idi"

Koçaryan: “Bu inqilabın son gülləsi idi"
“Mövcud hökumətə səs verənlərin əksəriyyəti əslində keçmiş hökumətin geri dönməsini istəməyənlərdir”.

Modern.az xəbər verir ki, bu sözləri Koçaryan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Kampaniya çox qısa oldu, çox şey edə bilmədik və xüsusən kənd yerlərində az sayda görüşlər keçirdik. Diqqət yetirdinizsə, səlahiyyətlilər kəndlərdə olduqca böyük nəticələr qeydə aldılar. Biz bu vəziyyəti qıra bilmədik. Yəqin ki, bu inqilabın son gülləsi idi. Amma səlahiyyətli qurumlar əvvəlki kimi davranmağa, repressiyalar və başqalarını qorxutmağa davam edərsə, tezliklə yeni erkən seçkilərlə qarşılaşacağıq”, -deyə o bildirib.

Xatırladaq ki, iyunun 20-də keçirilən erkən seçkilərdən sonra Nikol Paşinyanın partiyası səslərin demək olar ki, 54% -ni toplayaraq böyük fərqlə qalib gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...