ABŞ uyğurlara görə Çin hakimiyyətinə sanksiya tətbiq edib

ABŞ uyğurlara görə Çin hakimiyyətinə sanksiya tətbiq edib
ABŞ administrasiyası Çin hakimiyyətinin uyğur türklərinə verdiyi işgəncə və zülmə görə məhdudiyyətlə və sanksiya tətbiq edib.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Ağ ev açıqlama yayıb.

Sanksiyaya əsasən, Çinin uyğur türklərini işləməyə məcbur etməsi nəticəsində istehsal olunan məhsulların ABŞ-a girişi qadağan olunur. Çinin bəzi firmaları sanksiya tətbiq olunan müəssisələri siyahısına düşüb.

Məlumata görə, sənəddə quru, dəniz və hava limanlarında Sincan-Uyğur Muxtar Rayonunda yerləşən silikon istehsal edən şirkətin və bağlı müəssisələrin məhsullarının müsadirə olunması tələb edilib.

ABŞ-ın ticarət Nazirliyi də rəsmi Pekin uyğur türkləri ilə pis davrandığı üçün Çinn 4 texnoloji şirkətinə qarta siyahıya daxil edib. “Uyğur Muxtar Bölgəsindəki etnik və dini azlıqlara qarşı edilən zülm və insanlıqdan uzaq soyqırıma görə Pekin rəhbərliyi məsuliyyət daşıyır və bu istiqamətdə mədhdulaşdırıcı tədbirləri davam etdirəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...