“Delta” ştammı daha bir ölkəyə çatdı: Peyvənd vurduranlar da yoluxub

“Delta” ştammı daha bir ölkəyə çatdı:

Slovakiyada 14 nəfərdə koronavirusun “Delta” ştammına rast gəlinib.

“RİA Novosti” bu barədə ölkənin İctimai Səhiyyə İdarəsinin sözçüsü Daşa Raçkovanın açıqlamasına istinadla məlumat yayır.

Bildirilir ki, yoluxanların üçü vaksin vurulan şəxslərdir.

“Koronavirusun “Delta” ştammı əsasən xaricdən gələn və ya onlarla yaxın təmasda olan insanlarda aşkar edilib. Xəstəliyə qarşı peyvənd olunanlar onu yüngül keçirir”, – deyə Raçkova bildirib.

O qeyd edib ki, hazırda Slovakiyada koronavirusun “Alfa” variantı dominantdır, onunla müqayisədə “Delta” daha infeksion variantdır və xəstəlik daha ağır keçir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...